Rusiya aviaşirkəti Füzuliyə uçuşlara başlayır
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar həyata keçirmək üçün üç hava yolu şirkətinə müvafiq icazə verib.
Minval.info agentliyə istinadən xəbər verir ki, “İrAero” şirkəti həftədə iki dəfə Moskva şəhərindən Füzuli Beynəılxalq Hava Limanına və Zaqatalaya uçuşlar həyata keçirəcək. Həmçinin “AzurAir” şirkəti Rusiyanın Samara, Rostov, Krasnodar, Kazan şəhərlərindən həftədə iki dəfə, “Nord Wind” şirkəti də Soçi şəhərindən həftədə 7 dəfə Bakıya uçuş həyata keçirmək hüququ əldə edib.
Xatlırladaq ki, oktyabrın 15-dən Baş nazir Əli Əsədovun imzaladığı qərarla beynəlxalq status verilmiş Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilib. Hər növ təyyarələr qəbul etmək iqtidarında olan hava limanındakı enmə zolağının uzunluğu 3000, eni 60 metr, terminalı isə saatda 200 sərnişini yola salmaq gücündədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiyməti 107 dolları keçdi!
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir