Rus politoloq: “Azərbaycanda kapitalın qorunması siyasəti nəticə verir”
“Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi fonunda ölkəyə investisiya qoyuluşlarının artacağını gözləmək olar”.
Bu barədə “Report”un Rusiya bürosuna Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Karavayev bildirib.
Ekspert qaytarılmış ərazilərin bərpası mövzusuna toxunub: “Vacib element gələcəkdir, Qarabağın ətrafındakı rayonların geri qaytarılmış kəndlərinin, yaşayış məntəqələrinin və kənd təsərrüfatına yararlı torpaqlarının bərpası ilə bağlı hələ açıqlanmayan proqramdır. Proqram bir neçə mərhələdən ibarət olacaq. İlk illərdə infrastruktur bərpa ediləcək: su kəmərləri, elektrik şəbəkələri, qaz təchizatı sistemləri yoluna qoyulacaq. Yol infrastrukturunun bərpası üçün əhəmiyyətli işlər görülməsi nəzərdə tutulub.
Əlavə olaraq mənzil və inzibati-ticari tikinti. İş həcmi həddindən artıq böyükdür, təxminən, 50 yaşayış məntəqəsi var. Hətta təhlükəsizlik səbəbi ilə işğaldan azad olunmuş ərazilərin yalnız bir hissəsinin bərpa olunacağı gözlənilsə belə, görüləcək iş çoxdur. Belə yaşayış məntəqələrinin sayının hər gün artdığını nəzərə alsaq, bütün bunların 2021 və 2022-ci illərdə ÜDM artımına ən azı 1,5%, bəlkə də daha çox təsir edəcəyini proqnozlaşdırmaq olar”.
A.Karavayev investisiyalar məsələsinə toxunarkən artım gözlədiyini söyləyib: “2020-ci ilin ilk yarısında Azərbaycana birbaşa xarici investisiyalar 23,5% artaraq 2 milyard ABŞ dollarını keçib. Səbəb böyük ölçüdə azərbaycanlı investorların vətənə qayıtmağa başlamalarıdır: Mərkəzi Bank xaricə Azərbaycan investisiyalarında iki dəfə azalma qeydə alındığını açıqlayıb. Bu, ölkədə kapitalın qorunması siyasətinin nəticələr verdiyini göstərir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Azərbaycanda dolları ən baha satan banklar — SİYAHI
Azərbaycandakı bankların aktivləri son bir ildə 8%-ə yaxın artıb
Azərbaycan Rusiyaya meyvə-tərəvəz tədarükünü artırıb
Manat və dolların sabaha olan məzənnəsi
Londonda 185 milyon dollara malikanə alan Azərbaycan vətəndaşı kimdir...