Rus ordusunun hücumları nəticəsində 2187 Mariupol sakini həlak olub
Rusiya ordusu artıq Ukraynanın Mariupol şəhərinə 100-ə yaxın aviabomba atıb, nəticədə 2 187 yeli sakin həyatını itirib.
Bakupost.az “UNIAN”a istinadən xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurasının bəyanatında deyilir.
“Hər gün Mariupol Rusiya ordsunun hava hücumlarından əziyyət çəkir. 24 saat ərzində dinc şəhər azı 22 dəfə bombardman edilib. Artıq Mariupola 100-ə yaxın aviabomba atılıb. Rusiya hərbçiləri kinli və məqsədyönlü şəkildə yaşayış binalarına, insanların sıx toplaşdığı yerlərə zərbələr endirir, uşaq xəstəxanalarını, şəhərin infrastrukturunu tamamilə məhv edirlər. Hər bir bombardman dəhşətli dağıntılar gətirir və əsas olanı – Mariupolda mülki əhalinin həyatını əlindən alır. Bu günə qədər 2187 Mariupol sakini Rusiyanın hücumları nəticəsində həlak olub.
Ən böyük təhlükə indi şəhərdə blokadada olan 400 min Mariupol sakininə göydən gəlir. Ona görə də NATO-nun Ukrayna səmasını bağlaması və ya lazımi hava hücumundan müdafiə sistemləri ilə bizi təmin etməsi bütün Ukraynada yüz minlərlə günahsız insanın həyatını xilas edə bilər”, – Mariupol Şəhər Şurasının məlumatında bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı
Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
ABŞ "ölmüş" Minsk Qrupunu diriltmək istəyir
Hədə-qorxu ilə pul tələb edən Təranənin əri imiş
“BakuBus”ın sürücüsü qadını təhqir etdi - VİDEO
MN: Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində nisbi sakitlikdir
Əfv olunan nigeriyalı: "Yaxşı günlər keçirmişəm"