Ruhlar şəhərində adi görüntü: küçədə ölürlər, yaxınlaşan olmur.
İndi Çinin Vuhan şəhərini dünyanın hər yerində tanıyırlar. Ruhlar şəhərindən yayılmağa başlayan koronavirus zamanla planeti daha çox qorxudur.
Minval.info Bizimyol-a istinadən xəbər verir ki, Vuhan şəhərində vahiməli, elə bu qədər də kədərli hadisələr baş verir. Qərb fotoqraflarının çəkdiyi şəkillərdə insanların küçədə yerə yıxılandan sonra heç kimin həmin şəxslərə yaxınlaşmadığı görünür. Hamı virusa yoluxmaqdan qorxur.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Son yayılan fotoda böyük ehtimalla koronavirusun axırıncı qurbanı gözə dəyir. Maskalı insan küçənin ortasında yerə yıxılıb. Onun yanından piyada, velosipedlə adamlar keçir. Amma heç kim yaxınlaşmağa cürət etmir.
Ümumiyyətlə, Vuhanda epidemiyanın nəyə qadir olduğunu çox yaxşı anlayırlar. Kimsə yerə yıxılıbsa, deməli, söhbət həmin şəxsin canını tapşırmasından gedir.
Vuhanda ilk dəfə koronavirus keçən ilin dekabrın 12-də qeydə alınmışdı. Son məlumata görə, virusa yoluxanların sayı 10 min nəfəri keçib, 213 çinli həyatını itirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
