Ruhi Əliyeva holdinq rəhbəri oldu – FOTOLAR
İş qadını Ruhi Əliyeva yeni holdinq yaradıb. R.Əliyeva ötən gün məkanın açılışını edib. Açılış mərasiminə ictimaiyyətin və sənət aləminin tanınmış simaları, iş adamları, media nümayəndələri qatılıb. R. Əliyev yeni şirkətindən danışıb.
O bildirib ki, holdinqin tərkibində çox şeylər olacaq: “Moda ilə bağlı çox geniş bir layihəmiz var. Bilirsiz ki, zinət əşyalarının satışını həyata keçirən butikimiz var. Yenə də, onun bir qolu olaraq moda sahəsi ilə bağlı işlər görəcəyik. İnanıram ki, üzümüzə gələn il açılışını edəcəyik. Hələ tam açıqlamaq istəmirəm.
Bundan əlavə, ““Liatris Travel” da holqindin tərkibinə daxildir. Yay fəslində bir neçə rəfiqələrimlə istirahət etdik. Turizm şirkətlərində çox boşluqlar gördüm. Biz turizm sahəsində çalışan peşəkar insanlarla görüşdük və onlarla da bu məsələni müzakirə etdik. Məqsədimiz bu sahədə olan boşluqları doldurmaqdır. Böyük komanda ilə çalışırıq. Biz bu işi səliqəli və sərfəli şəkildə həyata keçirəcəyik. “Liatris Travel” “Liatris Holding” şirkətlər qrupuna aid olan tibbi və səyahət şirkəti 2018-ci ildən olaraq Azərbaycanda və dünyanın istənilən ölkəsində tibbi, istirahət və biznes səyahətlərinin təşkilində aktiv və yenilikçi şirkətdir”.
İş xanımı tibbi turizmin faydalarından söhbət açıb: “Turizm şirkətimiz Türkiyədə müayinə və müalicə xidmətlərinin yüksək səviyyədə təşkilatçılığını həyata keçirir. Əgər sizin sağlamlığınızla bağlı şikayətləriniz varsa və yerli xəstəxanalarda istədiyiniz nəticəni ala bilmirsinizsə, aşağıdakı formu dolduraraq öz şikayətlərinizi bizə yazın. Biz sizə müvafiq sahə üzrə Türkiyədə ixtisaslaşmış xəstəxanaların ən təcrübəli həkimlərindən pulsuz tibbi rəy alacağıq.
Beynəlxalq standardlarda xidmət göstərən tibb müəssisələrində endirimli qiymətlərlə müayinə və müalicə xidmətlərindən yararlana bilərsiniz. Belə ki, bizim müştərilərimizə təklif edilən qiymətlər xəstəxanaya fərdi müraciət əsasında alınan qiymətlərdən daha münasibdir. Onu da qeyd edim ki, tibbi konsultasiya, transfer, tərcümə-bələdçilik xidmətlərinə görə müştərilərimizdən əlavə ödəniş tələb edilmir. Xaricdə müalicə olunmaq istəyən insanların nəzərinə çatdırırıq ki, artıq “Liatris” Travel şirkəti Israil, Almaniya və həmçinində Türkiyədə müayinə və müalicə xidmətlərinin yüksək səviyyədə təşkilatçılığını həyata keçirir”.
Musavat.com










Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU
Renkadan yeni FOTOLAR