Rövzət Qasımov MSK-ya üzv seçildi
Milli Məclisin plenar iclası öz işini davam etdirir. İcalsda “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi haqqında” qanun layihəsinə baxıldı.
Bildirildi ki, parlamentin heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlarının yığıncağına sədrlik edən MM sədrinin müavini Valeh Ələsgəovun adından MM sədri Oqtay Əsədova müraciət ünvanlanıb. V.Ələsgərov özü də namizəd barədə məlumat verdi.
İclasa sədrlik edən Birinci vitse-spiker Ziyafət Əsgərov dedi ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil edəcək Rövzət Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunur.
Z.Əsgərov namizədlə bağlı müsbət fikirlərini çatdırdı və müzakirələrə ehtiyac olmadığını bildrdi. Layihə səsverməyə çıxarılaraq qəbul edildi.
21 ildir MSK-da çalışan R.Qasımov 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinün müdiri olub, 2011-ci ildən isə MSK Katibliyinin müdiridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"