Ronaldu karyerasında 800-cü qolunu vurub
İngiltərənin “Mançester Yunayted” futbol komandasının hücumçusu Kriştianu Ronaldu Premyer Liqanın 14-cü turunda “Arsenal”la oyunda komandasının ikinci qolunu vurub.
Minval.info xəbər verir ki, bu, 36 yaşlı hücumçunun karyerasında 800-cü qol olub.
Qeyd edək ki, Ronaldu “Mançester Yunayted”də 129 (307 oyun), “Real Madrid”də 450 (438 oyun), “Yuventus”da (134 oyun) 101 və “Sportinq”də (31 oyun) 5 qol vurub. Bundan başqa, portuqaliyalının millidə keçirdiyi 184 oyunda 115 qolu var.
Hücumçu Mançester Yunayted”ə “Yuventus”dan keçib. Portuqaliyalı futbolçu Çempionlar Liqasında 5 matçda 6 qol vurub, Premyer Liqanın 10 oyununda 4 dəfə fərqlənib və 2 məhsuldar ötürmə edib. Ronaldunun müqaviləsi 2023-cü ildə başa çatacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Olimpiya mükafatçısı Azərbaycan yığmasının məşqçisi təyin olunub
Türkiyənin bu məşhur futbol klubuna muzey açıldı
Mariya Stadnik Dünya Kubokundan imtina etdi
"Qalatasaray"ın Azərbaycanda olan azarkeşləri bir araya gəlir
Məsut Özil İtaliyaya transfer olunur
"Fənərbağça"nın sabiq prezidenti Aziz Yıldırım bəraət aldı
Ronaldo üçün təklif: 105 milyonluq futbolçu və 132 milyon avro