23.07.2026 - 17:47
İdman 25 baxış

Ronaldonun gedişi Portuqaliya üçün "faciə" ola bilər

Portuqaliya Futbol Federasiyasına Kriştiano Ronaldonun milli karyerasını başa vuracağı dövrə indidən hazırlaşmaq tövsiyə olunub.

Minval.info xəbər verir ki, bu fikri Portuqaliya Marketinq İdarəetmə İnstitutunun (IPAM) direktoru Daniel Sa səsləndirib.

Onun sözlərinə görə, Portuqaliya millisinin brendi uzun illərdir əsasən Kriştiano Ronaldonun üzərində formalaşıb və ulduz futbolçunun gedişi həm media marağına, həm də kommersiya gəlirlərinə ciddi təsir göstərə bilər.

Daniel Sa bildirib ki, marketinq baxımından Ronaldo Portuqaliya millisindən və bir çox futbolçudan qat-qat böyük brenddir. O qeyd edib ki, son iki onillikdə federasiyaya milyonlarla gəlir gətirən sponsorluq müqavilələrinin əldə olunmasında Ronaldonun rolu həlledici olub.

Mütəxəssis hesab edir ki, federasiya artıq yeni marketinq strategiyası hazırlamalı və milli komandanın gələcəyini yalnız bir futbolçunun üzərində qurmaqdan imtina etməlidir. Onun fikrincə, Portuqaliya futbolu Ronaldodan ibarət olmasa da, onun yoxluğuna uyğun yeni brend konsepsiyasının yaradılması vacibdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: