Ronaldo və corcina madeyrada nağıl kimi toy mərasiminə hazırlaşır
Portuqaliyanın məşhur futbolçusu Kriştianu Ronaldo və model Corcina Rodriqes bu həftəsonu nikah masasına oturacaqlar. Cütlük, toylarını Ronaldonun doğulduğu Madeyra adasında təşkil etməyi planlaşdırır.
Minval.info xəbər verir ki, uzun müddətdir birlikdə olan və beş övlad sahibi olan cütlük, toy mərasimi üçün Funşaldakı lüks “Savoy Palace” otelini seçib. Bu otel, panoramik mənzərələri və xüsusi xidmətləri ilə tanınır.
Nikah mərasimi, Funşalın mərkəzində yerləşən XII əsrə aid tarixi kafedralda baş tutacaq. Təxminən 800 nəfərlik tutumu olan kilsədə keçiriləcək mərasimdən sonra, cütlük yaxınlıqdakı otelə keçəcək. Onların “The Reserve” adlı xüsusi bölmədə qalacağı gözlənilir, burada gecəlik qiymətlər 1100 funt sterlinqdən başlayır.
Toy ziyafəti otelin bal zalında və ya damdakı “Galáxia” restoranında təşkil olunacaq. Məşhur aşpaz Roberto Barroşun hazırlayacağı menyuda Madeyra mətbəxinin müasir təqdimatları yer alacaq.
Mərasimdən sonra cütlük, Avropanın ən böyük sağlamlıq və SPA mərkəzlərindən birində istirahət edəcək. Ronaldo üçün Madeyranın toy məkanı kimi seçilməsi xüsusi bir məna daşıyır, çünki o, uşaqlıq illərini burada keçirmişdir. Xatırladaq ki, Ronaldo keçən yay Corcina Rodriqesə evlilik təklifi etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!