Ronaldo mükafatdan imtina etdi
İtaliyanın “Yuventus” komandasının futbolçusu Kristiano Ronaldo formasına ötən mövsümün ən yaxşı futbolçusu üçün nəzərdə tutulan nişanı taxmaqdan imtina edib.
“Report” “Marca”ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçu bu addımını özünü komandanın digər oyunçularından üstün tutmaması ilə əlaqələndirib. O, nişan taxmaqdan imtina edən yeganə futbolçu olub.
Qeyd edək ki, İtaliya A Seriyasında 2018/2019 mövsümünün ən yaxşıları “İnter”dən Samir Handanoviç (qapıçı), “Roma”dan Nikola Zaniolo (ən yaxşı gənc futbolçu), “Napoli”dən Kalidu Kulibali (ən yaxşı müdafiəçi), “Latsio”dan Sergey Milinkoviç-Saviç (ən yaxşı yarımmüdafiəçi), “Sampdoriya”dan Fabio Kvalyarella (ən yaxşı hücumçu) və Kristiano Ronaldo (ən yaxşı futbolçu) olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı