21.10.2018 - 15:48
İdman
18 baxış
Ronaldo 400-ə çatdı, Messi geridə qaldı
Kriştiano Ronaldo daha bir uğura imza atıb.
Portuqaliyalı ulduz “Yuventus”un A Seriyasının IX turunda “Cenoa” ilə “sülh” bağladığı (1:1) matçın 18-ci dəqiqəsində komandasını hesabda önə keçirib.
Bu onun “Böyük beşlik” çempionatlarında (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) 400-cü qolu olub. Ronaldo İngiltərə Premyer Liqasında “Mançester Yunayted”in heyətində 84, İspaniya La Liqasında “Real”la 311 qol vurub. A Seriyasının ilk 9 turunda 5-ci qolunu vuran portuqaliyalı 400-ə çatıb.
Ronaldonun bu seriyada ən yaxın izləyicisi “Barselona”lı Lionel Messidi – 389 qol.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
18.09.2026 - 08:58
Messi MLS-də 100-cü qolunu vurdu!
17.09.2026 - 21:53
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
17.09.2026 - 12:54
Kiyevə hücum: Bir ölü, on bir yaralı
16.09.2026 - 20:12
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
13.09.2026 - 21:38
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
13.09.2026 - 16:51
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
13.09.2026 - 13:21
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
12.09.2026 - 16:35