Roma Papası utandı

Roma Papası Fransisk İrlandiya səfəri zamanı bəyan edib ki, kilsə nümayəndələrinin uşaqlara təcavüzləri ilə bağlı meydana gələn qalmaqallara görə “katolik cəmiyyətin ağrısını və utancını” bölüşür.
Bu barədə Oxu.Az RTE telekanalına istinadla xəbər verir.
“Kilsə nümayəndələrinin gəncləri təhqir etmələri səbəbi ilə İrlandiyada meydana gələn böyük qalmaqalı etiraf etməliyəm”, – Dublində çıxışı zamanı Roma Papası deyib.
Roma katolik kilsəsinin başçısı belə qalmaqalların “cəmiyyət tərəfindən həddi-buluğa çatmamış gənclərin və zəif böyüklərin mühafizəsinin zəruriliyini qabardacağına” ümidvarlığını ifadə edib.
O, Dublində katolik rahiblərin seksual zorakılığına məruz qalmış şəxslərlə görüşəcək.
Qeyd edək ki, sonuncu dəfə Roma katolik kilsəsinin rəhbəri İrlandiyaya 1979-cu ildə səfər edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!