Ərinin pullarını oğurlayıb sevgilisinə verdi - Şok cinayət - VİDEO
Bakıda qadının həyat yoldaşına məxsus külli miqdarda pulu oğurlaması hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Minval.İnfo bildirir ki, əslən Saatlı rayonundan olan 40 yaşlı H.İ Binəqədi rayonu 9-cu mikrorayon A.Məmmədov küçəsindəki mənzildə quraşdırdığı seyfdən 57 700 dollar pulun son 3 ayda naməlum şəraitdə yoxa çıxması ilə bağlı polisə müraciət edib. Araşdırmalarla pulların H.İ-nin həyat yoldaşı T.İ tərəfindən götürülərək sevgi münasibətində olduğu R.M-ə ötürdüyü üzə çıxıb.
Bildirilir ki, zərərçəkən H.İ peşəkar iqtisadçıdır. O, lizinq şirkətlərindən birində rəhbər vəzifədə çalışır. Ərinin pullarını gizli talayan qadın isə banklardan birində çalışıb və R.M ilə də bankda işlədiyi vaxt tanış olub.
Qeyd edək ki, H.İ ilə T.İ-nin nikahdan bir qız övladları var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib