Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? - Video
Bakıda nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli qazlara qarşı mübarizə tədbirləri davam etdirilir.
Minval.info Avtosfer.az-a istinadən xəbər verir ki, Bakı şəhər DYP İdarəsi və ETSN-in əməkdaşları ilə birlikdə “Təmiz hava aylığı” ilə əlaqədar keçirilən reyddə bazar dəyəri 850 min manat olan avtomobilin sahibi saxlanılıb.
10-SY-100 dövlət qeydiyyat nişanlı “Ferrari” markalı nəqliyyat vasitəsindən ətraf mühitə atılan dəm qazının miqdarı normadan yüksək olduğu üçün sürücü 50 manat cərimələnib.
Bildirilib ki, “Ferrari”nin sürücüsü olan Miryaqub Seyidov 3 il əvvəl adı 600 min manatlıq mənimsəmədə hallanan Mirhafiz Seyidovun oğludur. Araşdırmalar nəticəsində o da məlum olub ki, Seyidovlar ailəsinin geniş avtomobil kolleksiyası var. Onlar daha çox qeydiyyat nişanında “OO” olan nəqliyyat vasitələrini idarə edirlər. Avtomobil qarajına ümumilikdə “Ferrari”, “Lamborghini” və “Porsche” kimi lüks maşınlar daxildir.
Qeyd edək ki, qaydaları pozan sürücü Miryaqub Seyidov çəkilişdən yayınmaq üçün avtomobillə ərazidən uzaqlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib