Restoranlarda Monqolustan əti müzakirəsi: Şəffaflıq tələb olunur!
Restoranlarda təqdim olunan qidaların tərkibi və mənşəyi barədə müştərilərə məlumat verilməsi vacibdir. Xüsusilə ət məhsullarının haradan gətirildiyi menyuda açıq şəkildə göstərilməlidir. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Minval.info xəbər verir ki, Vüqar Oruc müştərilərin sifariş etdikləri yeməklərin tərkibi ilə yanaşı, istifadə olunan məhsulların yerli və ya xarici mənşəli olduğunu bilmələrinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu məlumatlar yalnız şifahi deyil, menyuda da qeyd olunmalıdır. Əgər yeməyin hazırlanmasında ət məhsulundan istifadə edilirsə, həmin ətin mənşəyi və keyfiyyəti barədə məlumatın təqdim edilməsi şəffaflıq baxımından mühüm şərtdir.
Restoran sektorunda xammalın maya dəyərinin aşağı salınması istiqamətində müəyyən meyllər mövcuddur. Bəzi müəssisələr daha ucuz məhsullara üstünlük verməklə həm xidmətin maya dəyərini azaltmağa, həm də gəlirliliyini qorumağa çalışırlar. Xüsusilə xaricdən daha aşağı qiymətə gətirilən ət məhsulları restoranlar üçün cəlbedici ola bilər. Yerli və xarici ət arasında qiymət fərqinin təxminən 15-20 faiz təşkil etməsi belə böyük həcmdə fəaliyyət göstərən restoranlar üçün ciddi maliyyə fərqi yaradır.
Vüqar Oruc əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyinin reyestrində Monqolustandan ət və ət məhsulları idxal edən müəssisələr də yer alır. Bu, həmin ölkədən Azərbaycana ət məhsullarının gətirildiyini göstərir. Monqolustandan gətirilən ətlə yerli ət arasında ciddi fərqlər var. Bu fərq həm istehlakçıların alışdığı dad, həm də məhsulun uzun müddət ölkəmizdə istehlak olunmaması ilə əlaqəlidir. Nəticədə xaricdən gətirilən bu ət məhsulları istehlakçı üçün nisbətən yeni məhsul hesab olunur və yerli ətlə müqayisədə ona üstünlük verilməsi heç də hər zaman məqsədəuyğun görünmür.
Bəzi restoranlar həmin əti istehlakçıya birbaşa təqdim etməkdənsə, yerli ət məhsulları ilə qarışdıraraq və ya müxtəlif formada hazırlanmış yeməklərin tərkibində təqdim etməyə üstünlük verirlər. Qiymət məsələsinə gəldikdə isə, Monqolustandan gətirilən ətlə yerli ət arasında təxminən 15-20 faizlik fərq var. İlk baxışdan bu fərq böyük görünməsə də, restoran və iaşə obyektləri üçün böyük həcmdə alış zamanı kifayət qədər ciddi iqtisadi üstünlük yarada bilər. Bu da həmin məhsullardan istifadənin əsas səbəblərindən biri ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Emal sənayesində işçi tələbatı artdı!
Bayramov yeni İsveç səfiri ilə görüşdü
Bakıda 32 marşrutun hərəkət sxemi dəyişir
Ayılar kəndlərə hücum edir: Nazirlik tədbir görür
Bakı metrosunda M7 ekspres marşrutu işə düşür
Məktəb bufetlərində təhlükəsizlik: AQTA-dan xəbərdarlıq
Bakıda IRONMAN yarışı üçün yollar bağlanır