28.07.2026 - 13:18
İdman 26 baxış

"Real Madrid"də şok ayrılıq: Vinisius Junior İngiltərə nəhənginə TRANSFER OLUR?

İspaniya və dünya futbolunun flaqmanı hesab olunan “Real Madrid” klubunda transfer pərdəarxası çox ciddi və gözlənilməz gəlişmələr yaşanmaqdadır.

Madrid təmsilçisinin “Sporting”in gənc müdafiəçisi Usman Diomande ilə bağlı transfer planları, komandanın əsas hücum silahı olan Vinisius Juniorun gələcəyini ciddi sual altına qoyub.

Minval.info xəbər verir ki, məşhur ispaniyalı jurnalist İnaki Anqulonun yaydığı sensasion iddiaya görə, braziliyalı ulduz rəhbərliyin bu addımını özünə qarşı bir siqnal kimi qəbul edir. Vinisius hesab edir ki, Diomande transferinə böyük vəsaitin ayrılması klubun onunla müqaviləni yeniləmək niyyətində olmadığının bariz göstəricisidir.

Jurnalistin sözlərinə görə, Madrid rəhbərliyi də ulduz futbolçunu gələcəkdə azad agent kimi pulsuz itirmək istəmir. Məhz bu səbəbdən, yay transfer pəncərəsində braziliyalı vinger üçün 60-70 milyon avro civarında rəsmi təklif gələrsə, “Real Madrid” onun satışına dərhal yaşıl işıq yandıracaq.

Artıq ulduz futbolçunun yeni ünvanı da müəyyənləşməkdədir. İddialara görə, Vinisius Madridi tərk edəcəyi təqdirdə, onun karyerasını davam etdirəcəyi ən real və əsas namizəd İngiltərə Premyer Liqasının nəhənglərindən olan Londonun “Arsenal” klubu olacaq. “Topçular”ın bu transfer üçün artıq gizli danışıqlara başladığı bildirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: