“Real” çox güclənir: İngiltərədən daha bir fiutbolçunu transfer edir
“Real” İspaniya çempionatının növbəti mövsümünə xeyli güclü heyətlə başlayacaq. Buna şübhə etməyə dəyməz. Xüsisilə İngiltərə klublarından xeyli oyunçu ilə danışıqlar gedir.
Bizimyol.info xəbər verir ki, “Real” “Çelsi”dən Eden Azar və “Mançester Yunayted”dən Pol Poqba ilə prinsipial razılıq əldə edib. İspaniya nəhənginin könlündən Məhəmməd Salah da keçir.
Fransada özünü bir o qədər xoşbəxt hiss etməyən Neymar da Madridə gəlməyə razıdır.
İspaniya mətbuatının yazdığına görə, “Real”ın baş məşqçisi Zinəddin Zidan “Tottenhem”də oynayan Kristian Erikseni heyətinə cəlb edir.

İspan jurnalistlər iddia edir ki, danimarkalı yarımmüdafiəçi Madrid klubuna keçməyə razılaşıb. Ona “Tottenhem”də qazandığından daha çox məvacib söz veriblər. Yaxın günlərdə klublar transferi ətraflı müzakirə edəcək.
“Mançester Yunayted” və “Bavariya” da Eriksenlə maraqlanırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı


