Reabilitasiya vasitələrinin yaşayış yerində verilməsi işləri genişləndiriləcək

Reabilitasiya vasitələrinin yaşayış yerində verilməsi işləri genişləndiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Minval.İnfo-ya verilən məlumata görə, Prezident İlham Əliyevin 23 fevral 2019-cu il tarixli Fərmanı ilə ƏƏSMN-nin Əsasnaməsinə edilmiş dəyişikliklərdən biri kimi reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək də nazirliyin vəzifələri sırasına daxil edilib.
Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bir sıra hallarda əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin onların yaşadıqları bölgələrə, hətta yaşadıqları ünvanlara aparılaraq verilməsi işləri də aparılıb.
Ötən il ərzində Mərkəz əliliyi olan şəxsləri 35 351 reabilitasiya vasitəsi ilə təmin edib. Onlardan bir qismi də reabilitasiya vasitələrini götürmək üçün özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanları olmayan şəxslərə səyyar xidmət formasında yaşadıqları rayon və ya şəhərə aparılmaqla, yaxud birbaşa ünvana çatdırılma qaydasında təqdim olunub.
Dövlət başçısının müvafiq Fərmanı ilə nazirliyin Əsasnaməsində edilmiş dəyişikliyə uyğun olaraq, bundan sonra reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi sistemli xarakter alacaq, bu sahədə fəaliyyət daha da genişləndiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır