Ərdoğanla Putin vacib bəyanatlarla çıxış etdilər
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar baş tutub.
Türkiyə prezidentinin Rusiyaya işgüzar səfəri çərçivəsində keçirilən görüşdən sonra dövlət başçıları mətbuat konfransı keçiriblər.
Konfrans zamanı Vladimir Putin danışıqları çox məhsuldar olaraq dəyərləndirib və Suriya mövzusunun görüşdə əsas yer tutduğunu bildirib.
Putin ABŞ hərbçilərinin Suriyada qeyri-qanuni olduğunu bir daha xatırladıb: “Onları rəsmi Dəməşq dəvət etməyib, BMT-nin də bu barədə qərarı yoxdur”. O, amerikalı hərbçilərin Suriyadan çıxmasının pozitiv addım olduğunu, bunun ölkədə vəziyyəti sabitləşdirməyə yardım edəcəyini vurğulayıb.
Türkiyə dövlət başçısı isə amerikalı hərbçilərin Suriyadan çıxmasından sonra hakimiyyət vakuumuna yol verməməyə çağırıb. O, Suriyada konstitusiya komissiyasının yaradılmasını sürətləndirməyib vacibliyini qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi