Ərdoğandan Əsədə xəbərdarlıq: İstənilən yerdə vuracağıq
“Bu günədək Suriyanın İdlib bölgəsində verdiyimiz şəhidlərimizin sayı 14-ə çatıb”.
“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Bəşşar Əsədə sadiq qüvvələr İdlibdə mütəmadi mülki vətəndaşlara hücum edir, qan tökürlər: “Əlbəttə, Türkiyə bu vəziyyətə seyrçi qalmayacaq. Bu hücumların məqsədi ərazini tamamilə boşaltmaqdır. Biz vədlərin yerinə yetirilməsini gözləsək də, ancaq birbaşa əsgərlərimizi hədəf almağa başladı. Bundan sonra heç kimin təxribatına göz yummayacağıq və bu gündən hansısa bir yanlış hərəkətə görə rejim qüvvələrini istənilən nöqtədə vuracağımızı bəyan edirəm. Mehmetciklərin qanının töküldüyü yerdə heç kəs güvəndə ola bilməyəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək