Ərdoğan Qarabağın işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə salıb

Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri (AKP) və prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə daxil edib.
“Report” “Sabah”a istinadən xəbər verir ki, mayın 24-də R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) “Seçki Bəyannaməsi”ni açıqlayıb.
“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, deyə sənəddə vurğulanıb.
Bəyannamədə bildirilib ki, R.T.Ərdoğan yenidən prezident seçilərsə, Qafqaz və Orta Asiya ölkələri ilə əlaqələr daha da inkişaf etdiriləcək, 2009-cu ildə qurulan Türk Şurası daha da gücləndiriləcək: “Bütün bunlar AKP-nin əsas hədəflərindəndir”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"