Ərdoğan qanunsuz erməni silahlı dəstələrinin Qarabağda törətdiyi təxribatlara münasibət bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində son zamanlar törətdiyi təxribatlara münasibət bildirib.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, dövlət başçısı Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb.
“Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Burada Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub. Əsas odur ki, Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin”, – o bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi