Ərdoğan: “PKK rəhbərlərinin görüşdükləri yeri vurduq”
Xəbər verildiyi kimi, bu il iyun ayının 16-da Türkiyə Silahlı Qüvvələri “Böyük Qəndil əməliyyatı”na başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan ictimaiyyətə həmin əməliyyatın bəzi detallarını açıqlayıb.
Türkiyə mediası xəbər verir ki, PKK-ya ağır zərbə olan həmin əməliyyat belə baş tutub: Terror təşkilatı PKK-nın səhra rəhbərliyinin İraqın şimalında önəmli bir toplantı keçiriləcəyi haqda məlumat daxil olub. Bu görüşə 150 terrorçunun çağırıldığı aşkar edilib. Kritik toplantıya terrorçuların başçısı Murad Qarayılanın sədrlik edəcəyi müəyyənləşdirilib.
Toplantının keçiriləcəyi yerin koordinatları və iştirakçılar haqda məlumatlar alındıqdan sonra təhlükəsizlik qüvvələri hərəkətə keçib. İclas günü terrorçuların bir araya gəldiyində əməliyyat düyməsinə basılıb.
Görüş keçiriləcək yerə hava hücumları təşkil edilib. Dronların aldığı görüntülərdən sonra hədəflər F16-larla vurulub. Əməliyyatdan sonra terror təşkilatının 13 üzvünün öldüyü müəyyənləşdirilib. Bundan əlavə, “Rohat” kod adlı Bəşir Arcagök də ağır yaralanıb.
Terrorçulardan bəzilərinin yeraltı keçid və sığınacaqlardan qaçdığı, böyük bir hissəsinin isə yaralanaraq Qəndildə yaxın xəstəxanalarda müalicəyə aparıldığı müəyyən edilib.(aznews.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saleh Rüstəmli və Hüseyn Abdullayev əfv oluna bilər
İran ətrafında gərginlik Azərbaycan üçün də riskə çevrilir
Azərbaycanlı deputatlar Yerevana gedəcəklər
NATO rəhbəri: “Türkiyənin terrorizmlə mübarizədə haqlı narahatlıqları var”
İlham Əliyev Binəli Yıldırımı qəbul etdi (YENİLƏNİB/FOTO)
Azərbaycan XİN: “Ermənistan danışıqları pozmaq üçün yeni bəhanə axtarır”
Serj Sarkisyan məhkəmə tərəfindən əfv olundu - Detallar
