Ərdoğan: "Onların təzyiqləri bizi hədəflərimizdən yayındıra bilməz”
“Onların təzyiqləri bizi hədəflərimizdən yayındıra bilməz”
”Zəfər Baramı” ilə əlaqədar Mustafa Kamal Atatürkün məzarı önündə keçirilən tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan Qurtuluş savaşının tarixi önəmi haqqında danışıb.
Minval.İnfo xəbər verir ki, Ərdoğan çıxışı zamanı, ”Türkiyə tarixində önəmli yerə sahib olan Qurtuluş savaşı, xalqımızın şanlı tarixinə ”qızıl hərflərlə” yazılıb. Ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyində döyüşən xalqımız azadlıq yolunda çox itkilər verib, eyni zamanda da çox qan töküb” – deyib.
Daha sonra Türkiyə və xarici ölkələr arasında baş verən münaqişələr haqqında da danışan Ərdoğan, Trampın adını çəkmədən ondan bəhs edib: “Ölkəmizə qarşı son zamanlarda tətbiq olunan təzyiq və embarqolar bizi öz ideyalarımızdan, hədəflərimizdən yayındıra bilməz”.
Vüqar Mirzəbəy
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
