27.10.2021 - 15:38
Siyasət
16 baxış
Ərdoğan: “İlham Əliyev də dedi ki, onun ölkəyə girişinə imkan vermərəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə mühüm açıqlamalar verib. Ərdoğan səfirlərin qalmaqallı bəyanatı və geri çəkilmələri ilə bağlı suallarını cavablandırıb.
Minval.info ölkə.az-a istinadən xəbər verir ki, CHP İstanbul millət vəkili və bir zamanlar Azərbaycanda səfir olmuş Ünal Çeviközün 10 səfirlə bağlı ciddi etirazlara səbəb olan açıqlaması barədə məsələyə aydınlıq gətirən Ərdoğan deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi diqqətəlayiq dialoqdan danışıb.
Ərdoğan deyib: “Biri keçmişdə Bakıda səfir olub, indi CHP-də guya siyasətlə məşğuldur. Hətta cənab İlhamla danışarkən “bir daha bu adamı ölkəyə girişinə imkan vermərəm” dedi. Çünki o, Azərbaycana da xəyanət edib. İlk növbədə səfir olduğunuz ölkənin siyasətinə hörmət etməyi öyrənin”.
Qeyd edək ki, 2001-2004-cü illərdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri olmuş Ünal Çeviköz hər zaman ermənilərə simpatiya bəsləyən siyasi fiqurlar sırasında yer alır. O, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanmış məşhur protokolları hazırlayanlardan biri məhz Əhməd Ünal Çeviköz olub.
O, 44 günlük Vətən savaşında Türkiyənin guya Qarabağa Suriyadan muzdlu döyüşçü gətirməsi iddiasını ortaya atıb. Məhz onun bu sözündən sonra ermənilər və anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı bu məsələdə qara piar kimi istifadə ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
19.09.2026 - 10:24
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
19.09.2026 - 09:21
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
18.09.2026 - 20:38
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
18.09.2026 - 19:14
Paşinyanın maaşı 80% artdı!
18.09.2026 - 16:26
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
18.09.2026 - 15:30
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi
18.09.2026 - 11:11
Gürcüstan DTK-nın yeni rəhbəri: Tamaz Boraşvili
18.09.2026 - 09:33