20.02.2018 - 18:57
Siyasət 1 baxış

Ərdoğan: "Dünyada vəhşi qətliam axtaran varsa, bu, Xocalıdır" - VİDEO

Bu gün Ədalət və İnkişaf (AK) Partiyasının parlament qrup toplantısı keçirilib.

Minval.İnfo xəbər verir ki, iclasda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Xocalı soyqırımından danışıb.

O, məclisdəki Azərbaycan heyətini salamlayaraq, bunları deyib: “Bu gün 26 il öncə Xocalı faciəsində şəhid olan bütün azərbaycanlı qardaşlarımızı təzim və rəhmətlə anıram. Dağlıq Qarabağdakı Xocalı şəhərində uşaq, qadın, yaşlı demədən vəhşiçəsinə öldürülən günahsızlara rəhmət diləyirəm.

Dünyada vəhşi qətliam axtaran varsa, bu, Xocalıdır. Son dönəm insanlıq tarixinin ən böyük zülmlərindən biri bundan 26 il əvvəl yaşanıb. Bunu hər kəs unutsa da, biz bunu unutmayıb, unutdurmayacağıq. Bu faciəni hər zaman xatırlayıb, xatırladacağıq”.

Minval.İnfo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: