Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Abşeron rayonunun Masazır qəsəbəsində, Rafiq Dünyamalıyev küçəsində yerləşən həyət evlərinin sakinləri ərazidə aparılan çoxmərtəbəli bina tikintilərindən narahatdırlar. Sakinlər, tikinti ilə öz evləri arasındakı məsafənin cəmi iki-üç metr olduğunu bildirərək, bu vəziyyətin evlərinin təhlükəsizliyini təhdid etdiyini və ətraf mühitin toz-torpaqla çirkləndiyini qeyd edirlər.
Minval.info xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə aparılan monitorinq zamanı, Rafiq Dünyamalıyev küçəsi, 14 ünvanında vətəndaş Həsənov Rəşad Rasim oğlunun müvafiq icazə sənədləri olmadan bünövrə tikintisi işləri apardığı aşkar edilib. Bu səbəbdən, icra hakimiyyəti tikinti işlərini dayandırıb və vətəndaşa xəbərdarlıq edib. Qanunsuz tikinti ilə bağlı tədbirlər görülməsi üçün məlumat aidiyyəti qurumlara göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şimali Koreya raketlər ataraq Cənubi Koreyanı xəbərdar edib
Fransada kütləvi etirazlara hazırlıq: 70 min polis küçələrə çıxarılacaq
Pentaqondan NATO ölkələrinə gözlənilməz çağırış: Rusiyaya qarşı bunu edin
Fransada Sarı Yeleklilərin etirazları öncəsi gərginlik artır
İsraildə seçki çıxmazı: yeni hökumət necə formalaşa bilər
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər