Azərbaycanda gender maaş fərqi: Qadınlar geridə qalır
Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərqlər mövcuddur. 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 manat təşkil edib. Bu, qadınların kişilərdən orta hesabla 389,4 manat və ya 30,8 faiz az maaş alması deməkdir. Beləliklə, qadınların orta maaşı kişilərin qazancının təxminən 69 faizinə bərabər olub.
Minval.info xəbər verir ki, maaş fərqinin ən yüksək olduğu sahələrdən biri maliyyə və sığorta fəaliyyəti sahəsidir. Bu sektorda kişilərin orta aylıq əmək haqqı 3437,8 manat, qadınların isə 2016,8 manat olub. Fərq 1421 manata çatıb.
Peşə, elmi və texniki fəaliyyət sahəsində kişilər orta hesabla 2349 manat, qadınlar isə 1224,3 manat qazanıblar. Bu sahədə gender üzrə maaş fərqi 1124,7 manat təşkil edib. Mədənçıxarma sənayesində kişilərin orta maaşı 3857 manat, qadınların isə 2884,1 manat olub. İnformasiya və rabitə sahəsində kişilər 2008,6 manat, qadınlar isə 1580,3 manat əmək haqqı alıblar.
Maaş fərqinin nisbətən az olduğu sahələrdən biri təhsildir. Burada kişilərin orta aylıq nominal əmək haqqı 875 manat, qadınların maaşı isə 788,2 manat olub. Fərq 86,8 manat təşkil edib. Ümumilikdə, 2025-ci ildə ölkə üzrə orta aylıq nominal əmək haqqı 1103,2 manat olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda bağlanan yollar vaxtından əvvəl açıldı
Çimərliklərdə hava dəyişir: Küləklərə hazır olun!
Bakıda turistin taksi sifarişi: Lamborghini gəldi
Azərbaycanın tanınmış kinooperatoru Amin Novruzov vəfat etdi
Bakı və Abşeronda su təchizatı yenilənir
Bakıda BMT-nin İqlim Həftəsi: Qlobal Dəyişikliklər
Azərbaycanda texnologiya universiteti təklifi gündəmdə