Ərdoğan: “Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir?”
Fransada etiraz aksiyaları Avropada demokratiyanın uğursuzluğunu və söz azadlığı və insan haqlarına riayət olunması ilə bağlı problemlərin olduğunu göstərir. “Anadolu” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın sözlərinə görə, bir çox Avropa şəhərlərində gərgin vəziyyət yaranıb.
“Avropada baş verənləri görürsünüzmü? 15 iyulda onlar bizə edilənlərə qarşı səssiz qaldılar. Bir çox Avropa ölkəsinin, xüsusilə də Parisin küçələri bir-birinə qarışıb. Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir? Bizim polisimiz mərhəmətlidir”, – deyə o bildirib.
Ərdoğan qeyd edib ki, Ankara həm nümayişçilərin yaratdığı xaosa, həm də etirazçılara qarşı həddindən artıq güc tətbiqinə qarşıdır.
Bu gün Fransanın paytaxtı və digər şəhərlərində qiymət və vergi artımına qarşı etiraz aksiyaların davam etdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan İlham Əliyevlə görüşmək üçün Vyanaya getdi
Kılıçdaroğludan ona “xain” deyən uşaqla bağlı - Açıqlama
Ermənistan ilə faşist Almaniyası arasında oxşarlıqlar nədir? - VİDEO
İlham Əliyev İƏT-in Baş katibini qəbul edib
Prezident Rafiq Cəlilovla bağlı sərəncam verdi