Ərdoğan Baydenlə görüş yerini açıqladı

“Böyük ehtimalla ABŞ Prezidenti Co Baydenlə görüşümüz Romada deyil, Qlazqoda olacaq”.
“Minval.info” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandıran zaman deyib.
Ərdoğanın sözlərinə görə, görüşdə müzakirə ediləcək ən əsas mövzu “F-25” qırıcıları olacaq.
““F-35” ilə əlaqədar olaraq bizim 1 milyard 400 milyon dollarlıq ödəməmiz var. Bu ödənişlə bağlı təbii ki, onun bizə geri ödəmə planının necə olacağını onlarla müzakirə etməliyik”, – deyə Ərdoğan əlavə edib.
Qeyd edək ki, daha əvvəl Ərdoğanla Bayden arasında görüşün oktyabrın 30-31-də Romada keçiriləcək G-20 sammiti zamanı baş tutacağı açıqlanmışdı.
Şotlandiyanın Qlazqo şəhərində isə noyabrın 1-12-sində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransı (COP26) keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi