"Ərbildə Azərbaycan konsulluğunun açılması..." - Tofiq Zülfüqarov
Azərbaycanın Ərbildə konsulluq açması çox faydalı bir addımdır.
Bunu Bakupost.az -a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Onun sözlərinə görə, bu həmin bölgədə yaşayan üçün türkmanlarla Azərbaycan arasında əlaqələri gücləndirəcək:
“Bilirsiz ki, orada türkmanlar adlanan türk əhalisi yaşayır. Hətta onların ləhcəsi də bizə çox yaxındır. Ərbildə bizim konsulluğun açılması çox vacib bir addımdır. Çünki biz görürük ki, İraqda bir sıra proseslər baş verir. Orada müxtəlif etnik və dini xüsusiyyətlərə malik bölgələrdə yerli hakimiyyət orqanları çox nüfuzlu və imkanlıdır. Bu baxımdan Prezident İlham Əliyevin İraq Refional Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani ilə görüşü reallığı əks etdirən bir məsələdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kıbrısda yeni təkliflərə Erhürmandan sərt reaksiya
Filippinlərdə vitse-prezident Duterte ittihamları rədd edir
Güney Azərbaycan Səhənd Partiyasından Azərbaycanla bağlı bəyanat
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər