Rayonlardan Bakıya qanunsuz sərnişin daşıyan şəxslər həbs edildi
Rayonlardan Bakıya qanunsuz sərnişin daşıması ilə məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Minval”a verilən məlumata görə, Ağdaş rayon Yuxarı Qəsil kənd sakini Hüseynov Nicat Xaləddin oğlu özünə məxsus olan avtomobillə iyulun 7-də postlardan yayınmaqla müvafiq icazəsi olmayan şəxsləri Bakı şəhərinə gətirərkən Dövlət Yol Polisinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində saxlanılıb.
Ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (karantin rejimi qaydalarını pozma) maddəsi ilə 15 sutka inzibati həbs cəzası verilib.
Həmçinin Qəbələ rayon Bunud kənd sakini, 1985-ci il təvəllüdlü Ağakişiyev Əziz Gülağa oğlu da Qəbələdən paytaxta qanunsuz sərnişin daşıdığına görə 15 sutka inzibati həbslə cəzalandırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO