Rayon sakininin evindən 5 kilodan çox narkotik tapıldı
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon Göytəpə şəhər sakini Əli Bağırov saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı ona məxsus ayrı-ayrı bağlamalarda 4 kiloqram 280 qram narkotik vasitə heroin, 1 kiloqram 225 qram psixotrop maddə metamfetamin, 96 qram həşiş qətranı, üzərində “M-40” yazılmış 39 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu