Rayan Giqqz: "Azərbaycan millisi çox yaxşı oyun sərgilədi"
“Çox önəmli oyun idi. İlk hissədə futbolçulardan razı deyildim. Bəziləri fiziki cəhətdən yaxşı deyildilər, səhvlər buraxdıq. Nəticədən razıyam. Amma bizim üçün asan olmadı”.
“Report”un Kardiffə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunları Uels yığmasının baş məşqçisi Rayan Giqqz Azərbaycan millisini evdə 2:1 hesabı ilə məğlub etdikləri AVRO-2020-nin seçmə oyununda sonra təşkil edilən mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis Azərbaycan millisinin ünvanına xoş sözlər deyib: “Beyl bu gün qol vurdu, kapitan kimi də komandanı irəli apara bildi. Çox yaxşı performans göstərdi. İlk hissədən razı deyildim. Daha yaxşı oynaya bilərdik. Azərbaycan millisi Xorvatiya ilə olduğu kimi çox yaxşı çıxış etdi. Heç də asan oyun deyildi. Matç ərzində sürətli ola bilmədik. Azərbaycan həqiqətən yaxşı çıxış etdi. Topu ortada özlərində saxlaya, əks-hücumlara çıxa bilirdilər. Bu qarşılaşamdan dərs çıxarılası məqamlar var”.
Giqqz “Klubda çalışsaydınız, Azərbaycan millisindən kimisə öz komandanıza götürərdinizmi” sualına belə cavab verib: “Hansısa futbolçunu fərqləndirmək istəməzdim. Amma Azərbaycan millisinin heyətində çox yaxşı futbolçuların yer aldığını deyə bilərəm. Bu gün həqiqətən çox yaxşı oyun sərgilədilər. Heç kim Azərbaycanı zəif rəqib kimi görmür. Digər rəqiblərin diqqətdə saxlamalı olduğu komandadır. Bu gün 3 xalı böyük çətinliklə əldə etdik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nurməhəmmədov həmkarı ilə əlbəyaxa oldu - Video
“Mən bunun xəyalını qururam” - Şenol Günəş
"Yuventus" Ronaldusuz ilk görüşündə öz meydanında uduzub
Erməni idmançı azərbaycanlı ilə döyüşməkdən imtina etdi
Galatasaray - Yeni Malatyaspor - CANLI
Azərbaycanda çimərlik futbolu yarışı keçiriləcək - Hər kəs qatıla bilər
İdmançımız finalda erməniyə uduzdu