Ravil Tağıyev ABŞ-da yaşamaq üçün işindən ayrıldı
Ravil Tağıyev, ‘Yeni Klinika’nın İqtisadi məsələlər üzrə direktor müavini vəzifəsindən ayrılmasının səbəblərini açıqlayıb. O, işindən öz xahişi ilə ayrıldığını bildirib.
Minval.info xəbər verir ki, Ravil Tağıyev işdən ayrılmasına qərar verməsinin iki əsas səbəbi olduğunu vurğulayıb. Onun böyük övladı bu ildən ABŞ-nin Florida ştatında ali təhsil almağa başlayır. Özü isə ötən ilin may ayında ‘Green Card’ proqramının qalibi olub. Buna görə də o, bu ilin iyul ayında öz istəyi ilə vəzifəsindən ayrılması ilə əlaqədar ərizə yazıb.
“İyulun 31-də rəhbərlik mənim ərizəmə müsbət cavab verib. Baxmayaraq ki, klinikanın yeni rəhbərliyi də mənim qalmağımı istəyirdi. Təkcə ‘Yeni Klinika’ deyil, uzun illər dərs dediyim İqtisad Universiteti və son günə qədər işlədiyim Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbərliyi də fəaliyyətimi həmişə yüksək qiymətləndirib və hər üç qurumun rəhbərliyindən də çox məmnunam” – deyə Ravil Tağıyev bildirib.
Xatırladaq ki, Ravil Tağıyev dövlət xətti ilə doktorantura ixtisası üzrə (səhiyyə təşkilatlarının idarə edilməsi) Türkiyədə təhsilinə icazə verilən ilk azərbaycanlıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib