Rauf Arifoğlunun xilas etdiyi Qarabağ qazisindən vəfa borcu: "Səs verin, onu deputat seçin" - VİDEO
Göyçay rayon sakini olan Qarabağ qazisi Rövşən Məmmədov təxminən 1 il öncə “Yeni Müsavat” qəzetinə müraciət edərək, səhhətində olan problemlər səbəbindən ağrılar içində əzab çəkdiyini bildirmişdi. Qəzetin baş redaktoru Rauf Arifoğlu dərhal məsələni ictimailəşdirərək qazimizin əməliyyat olunmasına nail oldu və R.Məmmədov Bakıdakı klinikalardan birində əməliyyat edilərək sağlamlığına qovuşdu.
Rauf Arioğlunun 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd olduğu haqda məlumat alan qazimiz bu məsələ ilə bağlı mövqe ortaya qoyaraq bir videoçarx hazırlayıb və onu Musavat.com saytına göndərib. O, videoda Rauf Arifoğlu tərəfindən ona edilən yaxşılıqdan bəhs edərək, vətəndaşları ona səs verməyə çağırıb. Bu xeyirxah insanın parlamentdə təmsil olunmasını arzuladığını bildirib.
Həmin videonu təqdim edirik.
https://www.youtube.com/watch?v=z_g-aehh7QI&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
MSK üzvü: "Seçkinin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb"
Əvəz Zeynallı da Rauf Arifoğlunu dəstəklədi (Video)
Məhkəmə Bəxtiyar Hacıyevin müraciəti ilə bağlı QƏRAR VERDİ
MSK seçkini yekunlaşdırdı - bəs namizədlər?