Rauf Arifoğlu Prezident İlham Əliyevə təşəkkür etdi
Xəbər verdiyimiz kimi “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Prezident İlham Əliyevin sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Minval.info xəbər verir ki, tanınmış jurnalist və media rəhbəri bu ali dövlət mükafatını 60 illik yubileyinə və 37 illik media fəaliyyətinə verilən ən yüksək qiymət kimi dəyərləndirib.
Rauf Arifoğlu bildirib ki, Prezident İlham Əliyevin imzası ilə “Vətənə xidmətə görə” ordeninə layiq görülmək onun həyatı və peşə fəaliyyəti üçün ən böyük şərəf və dəyərdir. O, bu təltifə görə Prezident İlham Əliyevə təşəkkür edib:
“Prezident İlham Əliyevə təşəkkür edirəm. Onun kimi mübarək bir liderin imzası ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmaq ən yüksək dəyər və şərəfdir. 60 illik yubileyimə və 37 illik media fəaliyyətimə bundan da yüksək mükafat ola bilməzdi. Azərbaycan dövlətinə xidmət edirəm”, – deyə Rauf Arifoğlu qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir