Rasim Balayevin unudulmaz abidəsi Fəxri xiyabanda
Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq tamamlanıb. Abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir. Layihə, ənənəvi büst və ya qəbir daşı çərçivəsindən kənara çıxaraq, 4 hissədən ibarət xüsusi kompozisiya şəklində hazırlanıb. Bu kompozisiya, Rasim Balayevin portret obrazı ilə yanaşı, onun böyük ekranda canlandırdığı unudulmaz rolları, sənət yolu və şəxsiyyətinin məziyyətlərini əks etdirir.
Minval.info xəbər verir ki, sənətkarın ailəsi və dostları layihənin Rasim Balayevin şəxsiyyətinə və zəngin yaradıcılığına tam layiq bir əsər olduğunu bildirirlər. Eskizlər həm sənətkarın ailəsi, həm də sənət dostları tərəfindən böyük bəyənmə ilə qarşılanıb. Abidənin hazırlanması fərdi təşəbbüs deyil, rəsmi dövlət sifarişidir. Bu səbəbdən layihənin ümumi konsepti və eskizləri kollegial qaydada müzakirə olunaraq yüksək dairələr tərəfindən təsdiqlənib.
Artıq hazırlıq prosesinin son mərhələsinə qədəm qoyulub və abidənin bu ilin payız aylarında Fəxri xiyabanda ucaldılması planlaşdırılır. Xatırladaq ki, Xalq artisti Rasim Balayev martın 29-da Türkiyədə vəfat edib və I Fəxri xiyabanda dəfn edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib