Rasim Balayevin 70 illik ömrünə
Bu gün aktyor, xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatıçısı Rasim Əhməd oğlu Balayevin 70 yaşı tamam olur.
Aktyor 8 avqust 1948-ci ildə Ağsuda dünyaya gəlib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Sönmüş ocaqların işıqları” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb.
Böyük və çətin rollardan əlavə, Rasim Balayev kiçik obrazları canlandırıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi ekran əsərlərində o, epizodik rol alıb. “Özbəkfilmdə”, “Mosfilmdə” və başqa studiyalarda filmlərə çəkilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. Bir sıra orden və medallarla təltif olunub.
Mivnal.info olaraq aktyoru yubiley münasibətilə təbrik edir, həyatında və yaradıcılığında uğurlar arzulayırıq.
İndisə Rasim Balayevin 70 illik həyatına şəkillərlə səyahət edək.

Rasim Balayev qardaşı Ramiz ilə birlikdə. (Sağdakı Rasim Balayevdir)

ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
Aktyor 10 yaşında Moskvada olarkən.

Tələbə Rasim Balayev
ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü

Latviya Büro propaqandası bu şəklimi açıqca kimi buraxmışdı.

Rasim Balayev “Bir bağ mövsümü” filmində Alik rolunda oynayarkən.

Yazıçı Fərman Kərimzadə və Xalq artisti Rasim Balayev.

1974-cü il. Daşkənd kino festivalında məşhur türk aktrisası Fatma Kiriklə birgə.

ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
“Nəsimi” filmində baş rolu ifa edərkən.

“Dünya dairəvi olmasaydı” filmində baş rolda Rasim Balayev. Yanındakı polyak aktrisasıdır.
ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü

“Babək” filmində baş rolu oynamaq aktyorun karyerasında böyük dəyişiklik etdi.

“Babək” filminin çəkilişində fasilə. Xalq artisti fürsətdən istifadə edib “Müasir Amerika poeziyası” kitabını oxuyur.

“Qanayan yara Bosniya” türk filmindən bir epizod.

Daşkənd festivalı. Ortadakı xanım Loretta Poulter adlı məşhur zənci aktrisasıdır.

ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
Daşkənd festivalı. Həsən Məmmədov, türk aktyoru Tarih Akan və Rasim Balayev.

“Özbəkfilm”in çəkdiyi filmdə Özbəkistanın məhşur aktyoru Həşim Qadoyev ilə birgə.
ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü

İran filmi “Divlər zindanı”nda Qüdrət rolunda divlərlə vuruşuran Rasim Balayev.

Aktyor Amerikada səfərində.

İsmayıllının Lahıc qəsəbəsində təşkil olunan kinofestivalda.

Heydər Əliyev Rasim Balayevi dövlət ordeni ilə təltif edir.

ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
Görkəmli kinorejissor Rasim Ocaqovla

Şamaxıda Nəsimi heykəlinin açılışı. Prezident İlham Əliyev və Xalq artisti.
ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü

“Cavid” filmindən bir kadr.

Aktyor nəvəsi Sevillə İtaliyada.

Misir piramidaları və Rasim Balayev.

Və 70 yaşlı Rasim Balayev.
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
Əcəmi Əsədulla
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi