Rasim Balayev: “Əsəbiləşdim, gərək çəkilməyəydim”
Xalq artisti, tanınmış aktyor Rasim Balayev yay istirahətini Bakıda keçirdiyini deyib.
Yenicag.az-a açıqlama verən aktyor səhhəti ilə bağlı problemlərin də aradan qalxmadığını bildirib:
“Ayağımla bağlı narahatlıqlar hələ keçməyib. Müalicəm davam edir. Amma şükr yaxşıyam. Elə evdə dincəlirəm, heç yana getməmişəm”.
Kino üçün çox darıxdığını deyən xalq artisti ara-sıra sənət dostları ilə dərdləşdiyini deyib:
“Əvvəllər kinostudiyaya gedib, köhnə dostlarla dərdləşirdim. Son vaxtlar ora da getmirəm. Dostlarımın çox rəhmətə gedib, bir-iki nəfər qalıb, onlarla da zəngləşirik.Kino üçün darıxıram, amma nə faydası. Deyirlər, dövlət sifarişi ilə ilə yeni filmlər çəkiləcək. Ümidlə gözləyirəm. Adıın çəkmək istəmirəm, bir serialda çəkildim, çox peşman oldum. Əsəbiləşdim, gərək çəkilməyəydim. Mükəmməl ssenarisi olan böyük kinoya çəkilmək istəyirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Glenn Close və Ridley Scott ilk Oscar mükafatlarını qazandılar
Arif Mirzəyevin cənazəsi Azərbaycana gətirildi
Gitaraçı Rəmişin doğum günü: Xatirələr və musiqi irsi
Dahi bəstəkar Tofiq Quliyev 108 il əvvəl doğulub
Fidan Hacıyevanın Fransadakı möhtəşəm konsertindən görüntülər
Bakıda ədəbiyyat sərgisi: keçmişdən gələcəyə səyahət