Rasim Balayev əsəbiləşdi: "Yalandır..."
3 gün əvvəl xalq artisti, tanınmış aktyor Rasim Balayevin xəstəxanaya düşməsilə bağlı məlumatlar yayılıb.
Minval.info modern.az-a istinadən bildirir ki, aktyor səhhətilə bağlı yazılanları təkzib edib:
“Yalan yazıblar. Bir qız zəng elədi ki, “səhhətiniz necədir?”. Dedim həkimə gedirəm, “tok”a-fizioterapeyaya yazıb həkim. Fizioterapeyaya hamı gedir də. Bu da götürüb yazıb ki, “Rasim Balayevin səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi”. Bu adam yazdığının məsuliyyətini dərk etmir. Bilmir ki, mənim qohum-əqrəbam var. Guya elə bilib ki, mən reanimasiya demişəm. Reanimasiyaya adam özü getmir eyyy! Adam reanimasiyalıq olanda başqaları onu aparır.
Xəbəri oxuyandan sonra zəng vurdum. Dedim ayıbdır, utanmırsan?! Mənim bütün qohum-əqrabam zəng edir. Narahat olublar. Mən necə deyə bilərəm ki, reanimasiyaya gedirəm?! Üzümə qarşı deyir ki, “mən elə yazmasam, saytı oxumurlar”. Dedim sənin saytının oxunması üçün məndən, xəstəliyimdən istifadə edirsən?! Dedim bir də mənə zəng eləmə”.
Akrtoy hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb: “Yaxşıyam, 70 yaşında adamın ayağında sinir ağrısı olması normaldır. Niyə şişirdirlər axı?! İndi cavanlarda da bu hal var”.
Qeyd edək ki, Rasim Balayevin səhhəti ilə bağlı xəbəri ilk olaraq “Yeniçağ.az” saytı dərc edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi
