Ramos toyuna kimləri çağırdı… – Şakira da gələcək
Madrid “Real”ının və İspaniya milli komandasının futbolçusu Serxio Ramos evlənir. Təcrübəli oyunçu sevgilisi Pilar Rubio ilə toyunu iyunun 15-nə təyin edib.
Bizimyol.info xəbər verir ki, nikah Sevilya kafedral kilsəsində bağlanacaq. Toyda “Real”ın, demək olar, əksər futbolçuları iştirak edəcək. Ramos Lukas Vaskesə, Keylor Navasa, Luka Modriçə ayrıca dəvətnamə göndərib. İspaniya milli komandasında birlikdə forma geyindiyi “Barselona”lılar – Xordi Alba, Serxi Buskets və Pike də toya gələcək. Onlar şadlıq mərasimində həyat yoldaşları ilə birlikdə iştirak edəcəklər. Deməli, Şakira da toyda olacaq.

Sözsüz ki, “Real”ın prezidenti Florentino Pereslə baş məşqçi Zinəddin Zidan da orada olacaq. İspaniya milli komandasının keçmiş baş məşqçisi Visente del Boske də gələcək.

Serxio Pilarla yeddi ildir münasibətdədir. Onların üç övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
22 dəqiqəyə het-trik etdi, məşqçi oyundan çıxardı - VİDEO
Bu gün "Neftçi" "Arsenal"la, "Qəbələ" "Dinamo" ilə qarşılaşacaq
“Futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik”
Neymar üçün "Real Madrid"dən fantastik məbləğ tələb etdilər
La Liqa: "Real" "Valensiya"nı məğlub etdi
