Ramiz Əzizbəylinin son durumu
Xalq artisti Ramiz Əzizbəylinin səhhətindəki kritik dönəm hələ keçməyib.
“Minval.info” xəbər verir ki, bunu “Report”a açıqlamasında xalq artisinin qızı Cəlalə Əzizbəyli deyib.
O bildirib ki, bəzi məsələlər sual altındadır: “Həkimlər ümumi olaraq deyirlər ki, vəziyyəti gözlədiklərindən yaxşıdır. Əməliyyat olunub və sonrakı proses hələ ki, uğurla davam edir. Həm şəkəri var, həm də insult keçirib. Beyinin neçə faizi uzun illərdir işləmir. Buna görə də xəstəliyinin gedişatını dəqiq bilmək mümkün deyil. Amma həkimlər qanqrenin artma ehtimalını dəqiq deyə bilmirlər. Bunun üçün zaman lazımdır. Şəkər və insulta görə tərəddüdləri var”.
Xalq artistinin qızı qeyd edib ki, həkimlər yanına çox adamın gəlməsinə icazə vermir: “Ancaq yenə də sağ olsunlar dostlar, çox istəyənlər gəlib görürlər. Həkim və tibb bacısı hər gün gəlib yoxlanış edirlər”.
Qeyd edək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər