Ramiz Mehdiyevin ailəsinə bağlı BOKT-un vergi borcu yarandı
Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsus olduğu bildirilən “T-Kredit” MMC Bank Olmayan Kredit Təşkilatının dövlət büdcəsinə vergi borcu yaranıb.
Minval.info xəbər verir ki, qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 21 min 540 manat vergi borcu olduğu qeyd edilir.
“T-Kredit” MMC bu ilin mart ayında Azərbaycan Mərkəzi Bankının qərarı ilə “Bank BTB” ASC-nin bank statusuna xitam verilməsindən sonra yaradılıb. Yenidən təşkilatlanma çərçivəsində bankın aktivləri, öhdəlikləri, kredit portfeli, depozitləri və müştəri bazası Azərbaycan Beynəlxalq Bankına ötürülüb. Bundan sonra “Bank BTB” fəaliyyətini bank olmayan kredit təşkilatı kimi davam etdirib.
Yeni quruma bankın Maliyyə departamentinin sabiq direktoru Vüqar Rəfiyev rəhbər təyin olunub. Məlumata görə, “Bank BTB”nin səhmlərinin 76,74 faizi Nigar Mehdiyevaya, 17,68 faizi Rza Sadiqə, 5,58 faizi isə Tükəzban Mahmudovaya məxsus olub. Bankın nizamnamə kapitalı 71,45 milyon manatdan 1 milyon manata endirilib.
Qüvvədə olan qanunvericiliyə əsasən, 21 min 540 manatlıq vergi borcu BOKT-un fəaliyyətinin dayandırılması üçün birbaşa hüquqi əsas sayılmır. Lakin vergi öhdəliklərinin uzun müddət yerinə yetirilməməsi, borcun artması və maliyyə qanunvericiliyinin digər tələblərinin pozulması nəzarət orqanlarının əlavə tədbirlər görməsinə səbəb ola bilər.
Hazırda “T-Kredit” MMC-nin fəaliyyətinin məhdudlaşdırılması və ya lisenziyasının dayandırılması ilə bağlı hər hansı rəsmi qərar açıqlanmayıb.
Qeyd edək ki, bank olmayan kredit təşkilatları banklardan fərqli olaraq əhalidən depozit qəbul edə, ödəniş kartları buraxa və klassik bank xidmətləri göstərə bilmirlər. Onların əsas fəaliyyət istiqaməti kreditləşmə və qanunvericiliklə nəzərdə tutulmuş digər məhdud maliyyə xidmətləridir. Buna görə də “Bank BTB”nin “T-Kredit” MMC-yə çevrilməsi maliyyə bazarını tərk etməsi deyil, fəaliyyət modelinin dəyişməsi kimi qiymətləndirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib