Ramin Bayramlıdan idman zalları, çimərliklərin açılması ilə bağlı - Açıqlama
İyunun 1-dən hava şəraiti uyğun olarsa, çimərlik mövsümünə start veriləcək. Koronavirus pandemiyasına görə qadağalar sırasında bu sahə də var. Lakin artıq bəzi ölkələr çimərliklərin istifadəsinə icazə verib. Azərbaycan da mayın 4-dən sonra karantin rejiminin yumşaldılmasına başlayıb. Bəs çimərliklərin istifadəsinə nə vaxt icazə veriləcək?
“Qafqazinfo”nun məlumatına görə, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bu məsələ ilə bağlı növbəti günlərdə qərar veriləcək:
“İdman zalları, çimərliklər, parklar, bulvarın açılması önümüzdəki günlərdə məlum olacaq. Bu, məsələ statistik göstəricilərdən asılıdır. İndidən bir söz deyə bilmərik. Hələ ki bunların açılması gündəmimizdə yoxdur”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
R.Bayramlı qeyd edib ki, artıq icazə qadağasının götürüldüyü, kafe və restoranların açıldığı və gediş-gəlişə icazə verilən rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər:
“Sarı zonada yerləşən rayonlar arası ictimai nəqliyyat, sərnişindaşımanın təşkili ola bilsin ki, önümüzdəki həftələrdə bərpa edilsin. Bütün hallarda biz karantin rejimindən mərhələli şəkildə çıxacağıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda