Ramil Usubovdan ciddi kadr dəyişikliyi - İri şəhərlərə təyinat
Daxili İşlər Nazirliyi sistemində ciddi kadr dəyişikliyi baş verib.
Minval.info qafqazinfo-ya istinadən xəbər verir ki, nazir, general-polkovnik Ramil Usubovun əmri ilə bir neçə şəhər və rayonda polis rəisləri vəzifələrindən azad olunaraq digər rayonlara təyinat alıblar.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polkovnik Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Polis İdarəsinə rəis təyin olunub. Onun yerinə Sumqayıta Nərimanov Polis İdarəsinin rəisi Nəriman İmanov gətirilib.
Gəncənin rəisi Faiq Şabanovun təyinatı ilə bağlı isə hələlik məlumat yoxdur.
Yevlax rayon polis şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Polis İdarəsinə təyinat alıb.
Məlumatlara görə, paytaxtın digər polis idarələrinin bir neçə rəisinin də yeri dəyişdirilib. Yeni təyinatların bu gün açıqlanacağı gözlənilir.
Qeyd edək ki, bir neçə gün əvvəl də paytaxtın dörd rayonun rəisinin işdən çıxarılmasına dair xəbər yayılmış, lakin sonradan öz təsdiqini tapmamışdı.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!