Ramil Usubov bir rəisi işdən çıxartdı, digərlərini isə...

Bakının Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi işdən çıxarılıb.
Axar.az xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini polis kapitanı Ramiz Rzayev icra edir.
***
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Ağcabədi rayon Polis Şöbəsinin rəisi Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Şabran rayon Polis Şöbəsinin rəisi, Zəngilan rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Şabran rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov isə təqaüdə göndərilib.
Qeyd edək ki, Ə. Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"