Ramil Şeydayevin transfer qiyməti artdı
Rusiya Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətləri açıqlanıb.
Qol.az xəbər verir ki, “transfermarkt.ru” saytının açıqladığı siyahıda millimizin hücumçusu Ramil Şeydayevin də adı var. 22 yaşlı forvardın qiyməti əvvəlki ilə müqayisədə 200 min avro artaraq, 1,2 milyon olub.
Rusiya çempionatında çıxış edən ən bahalı oyunçu isə Moskva SSKA-sının müdafiəçisi Mario Fernandesdir. Braziliya əsilli rus futbolçunun dəyəri 30 milyon avrodur. İkinci yerdə paytaxt klubunun digər üzvü Nikola Vlaşiç (20 milyon), üçüncü pillədə isə “Lokomtiv”in yarımmüdafiəçisi Qjeqoj Krikovyakla “Krasnodar”dan Viktor Klasson (18 milyon) qərarlaşıb.
Qeyd edək ki, Ramil ötən ilin yayından “Krılya Sovetov”da çıxış edir.
Onu da əlavə edək ki, “Krılya Sovetov”un baş məşqçisi Miodraq Bojoviçin gələcək taleyinə də aydınlıq gəlib. Samara hökumətinin sədr müavini Aleksandr Fetisov monteneqrolu mütəxəssisin komandada qalacağını açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi