Rəsulzadənin barelyefini bələdiyyə "oğurlayıbmış"

Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindəki barelyef əslində bələdiyyə tərəfindən çıxarılıb.
Bunu Cəbhə.info-ya açıqlamasında Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev açıqlayıb. Onun sözlərinə görə, uzun müddətdir Məhəmməd Əmin Rəsulzadənin lövhəsi bərbad və uçuq vəziyyətdə olub:
“Lövhə bizim tərəfimizdən çıxarılıb. Özünüz də yəqin ki, görmüsünüz, lövhə hansı vəziyyətdə idi. Bir həftəyə mərmərdən yaxşı bir görkəmdə lövhə hazırlanacaq və yerinə asılacaq. Gəlib çəkiliş də edə bilərsiz”.
Qeyd edək ki, Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefinin oğurlandığı ilə bağlı məlumatlar dünən yayılmışdı. Abşeron Rayon Polis İdarəsi həmin lövhənin əslində Novxanı bələdiyyəsi tərəfindən çıxarıldığını bildirsə də, səbəbini açıqlamamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Eldar Mahmudovun əmisi oğlu ilə bağlı məhkəmə qərarı
Təbriz-Bakı-Təbriz aviareysi istifadəyə verilib
Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
Azərbaycanda daha 113 nəfərdə koronavirus aşkarlandı
Ayılar Azərbaycanda bu kəndə hücum etdi və...
DİN əhaliyə müraciət etdi
MTN generalı Mövlam Şıxəliyev həyat yoldaşından ayrıldı