Rəşid Mahmudov: “Bəzi qızlar istəyirlər ki...”
Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov yerli telekanalları tənqid edib.
Minval.İnfo xəbər verir ki, sosial şəbəkələrdə bu barədə video görüntü yayılıb. Videoda alim yerli kanallar barədə öz iradlarını bildirib. Onun sözlərinə görə, Azərbaycan telekanalları birbaşa xalqın əleyhinə işləyir.
“Elə bil kimsə pul qoyub, insanları pis yola dəvət edir. Bəzi qızlar istəyirlər ki, maşını olsun, 2-3 otaqlı evi olsun, kef etsinlər. Hər bir canlı doğub-törəməlidir, özünə oxşarını yaratmalıdır. Gələcək nəsil üçün övladlarını tərbiyə etməlidir. Bu xalqa xeyir verməlidir”, – deyə R.Mahmudov bildirib.
Ekspertin fikrincə, kanallarda yayımlanan seriallar insanları kütləşdirir: “Nə qədər insan tanıyıram ki, tamam kütləşib. Seriallar xalqın evini yıxır. Normal seriallar versələr yenə də, eybi yoxdur. Serialda 2 bacının kişi davası gedir. Bacılardan birinin əri onu boşayıb, digərini alır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"